“Skanın” hazırlanması : Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
22 yanvar 2020 19:30 (UTC +04:00)

“Skanın” hazırlanması : Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla, Ləzgi yeməyi olan “Skanın” necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

Xəmiri üçün: 500 qram un, 1 çay qaşığı duz, 370 ml ilıq su, 3 xörək qaşığı ərinmiş kərə yağı.

İçliyi üçün: 450 qram quzu əti, 2 soğan, 4 kartof, 1 xörək qaşığı kərə yağı, duz, qara istiot.

Hazırlanması:

Qaba un, duz və su əlavə edib xəmir yoğururuq. Uzunsov forma verib iki hissəyə bölürük. Bir hissəsi digərindən az böyük olmalıdır. Kündələyib bir az kənarda saxlayırıq. Bu müddət ərzində içliyi hazırlayırıq. İçlik üçün soğanı, kartofu təmizləyib, yuyub, doğrayırıq. Qaba kartof, ət, duz, istiot və yağ əlavə edib qarışdırırıq. Öncə böyük kündəni açıb üzərini yağlayırıq və uzunsov şəkildə qatlayırıq. Üzərini də yağlayıb, rulet şəklində bükürük.

Balaca kündəni də eyni qayda ilə açıb, yağlayıb, rulet şəklində bükürük. 20 dəqiqə gözlədikdən sonra. Böyük kündəni yenidən açaraq ləyənə yerləşdirib üzərinə içliyi əlavə edirik. Sonra balaca kündəni açıb üzərinə yerləşdiririk. Kündənin yan hissələrini yuxarı doğru qatlayaraq üzərini yağlayıb sobanın qabına yerləşdiririk. Sonra həmin üzü də yağlayıb 180-200 dərəcəli sobada 1 saat bişiririk. 

Nuş olsun!

 

# 7744
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar