“Yata bilmirəm” deyənlər üçün 5 məşq - FOTOLENT
20 yanvar 2020 19:02 (UTC +04:00)

“Yata bilmirəm” deyənlər üçün 5 məşq - FOTOLENT

Daim yuxusuzluq yaşayırsınız və oyandıqdan sonra yenidən yata bilmirsinizsə, bu məşqlərlə məşğul olun. Pensilvaniya Universitetinin araşdırması nəticəsində məlum olub ki, yuxusuzluqdan əziyyət çəkən insanlar qeyd etdiyimiz 5 məşqlərdən birini yerinə yetirərlərsə, daha rahat yata bilərlər.

Lent.az Türkiyə mətbuatına istinadən həmin məşqləri təqdim edir: 

Ağırlıq qaldırma

Ağırlığı qaldırmaq çətin görünsə də, hər kəs üçün faydaları var. Yuxusuzluqdan əziyyət çəkənlərə bu idman növü kömək edəcək.

Qaçmaq

Stresə düşdüyünüz zaman və ya mənfi fikirlərdən uzaqlaşmaq üçün, qaçmaq zehninizi təmizləyə və rahatlamağa kömək edə bilər. Cəmi 20 dəqiqə qaçmaq daha rahat bir yuxu gətirər.

Gəzmək

Qaçmaq sizi yorursa, bunun əvəzinə təmiz havada gəzə bilərsiz. Xüsusilə axşam yeməyindən sonra gəzinti həzmə də kömək edəcəkdir.

Yoqa

Yoqa ilə məşğul olmaq beyninizə rahatlıq gətirəcək. Bunun üçün evinizin bir küncündə şam yandıraraq, özünüzü sakitliyə istiqamətləndirməklə günə başlaya bilərsiniz.

Bağ işləri 

Bağ işləri ilə məşğul olmaq da güclü məşqə bərabərdir. Sağlam və dinc bir yuxu üçün həmişə bağ işlərinə vaxt ayırın.

 

# 4431
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar