“Deputatlığa namizədlərin 360 nəfəri 19 siyasi partiyanın siyahısında olan şəxslərdir” - RƏSMİ
19 yanvar 2020 18:47 (UTC +04:00)

“Deputatlığa namizədlərin 360 nəfəri 19 siyasi partiyanın siyahısında olan şəxslərdir” - RƏSMİ

İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan şəxslərin 360 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov  bildirib.

MSK sədri deyib ki, 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb:

“1283 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb. Öz təşəbbüsü ilə irəli sürənlərin 100 nəfəri siyasi partiya üzvləridir”.

# 1245
avatar

Oxşar yazılar