14:55
18 Yanvar 2020

Ədliyyə orqanlarından çıxarılanların sayı AÇIQLANDI

Ötən il 31 nəfər yerli icra və probasiya qurumlarının əməkdaşları intizam məsuliyyətinə cəlb olunub.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində yerli icra və probasiya qurumlarının rəhbərlərinin iştirakı ilə 2019-cu ildə icra və probasiya xidmətləri tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrası və probasiya nəzarəti sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirəsində ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirilib.

Nazir müavini diqqəti ölkəmizdə korrupsiya hüquqpozmalarına qarşı aparılan barışmaz mübarizəyə cəlb edib, bu cür əməllərin qəti və ciddi şəkildə cəzalandırıldığını, hesabat dövrü ərzində görülmüş intizam və digər hüquqi tədbirlərin bunun bariz nümunəsi olduğunu nəzərə çatdırıb.

Bildirib ki, 31 nəfər yerli icra və probasiya qurumlarının əməkdaşları intizam məsuliyyətinə cəlb olunub, onlardan 5 nəfər ədliyyə orqanlarından xaric edilib, o cümlədən 2 nəfər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Həmçinin, hər iki xidmətin fəaliyyət istiqamətləri üzrə qanunla müəyyən edilmiş vəzifələrin icrası, vətəndaşların və hüquqi şəxslərin müraciətlərinə məsuliyyətli və həssas yanaşılması, etik davranış qaydalarına dönmədən əməl olunması, ölkə başçısının müvafiq Sərəncamına əsasən “Könüllülər ili” elan edilmiş cari il ərzində gənc könüllülərin ədliyyə fəaliyyətinə geniş təşviq olunması ilə bağlı zəruri tapşırıqlar verilib.

Dİgər xəbərlər