"NİVA"nı ağaca çırpan yeniyetmə öldü
18 yanvar 2020 14:24 (UTC +04:00)

"NİVA"nı ağaca çırpan yeniyetmə öldü

Gəncədə yeniyetmə yol qəzasında ölüb.

Lent.az Daxili İşlər Nazirliyi mətbuat xidmətinə istinadən bildirir ki, hadisə yanvarın 17-də saat 14 radələrində, şəhərin Nizami rayonunda baş verib. Şəhər sakini, 15 yaşlı Ş.Hacıyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

# 5070
avatar

Mehman Nəbiyev

Oxşar yazılar