Bu maşınlar piyadalarla danışa biləcək
19 yanvar 2020 13:50 (UTC +04:00)

Bu maşınlar piyadalarla danışa biləcək

Sürücüdən bir şey istəmək üçün pəncərəni açmaq lazım olmayacaq

Lent.az ted.az-a istinadən bildirir ki, Tesla şirkətinin rəhbəri İlon Mask Tvitter sosial şəbəkəsindəki səhifəsində xarici elektromobillər üçün yeni bir xüsusiyyət elan etdi.

İlon Mask xəbər verib ki, Tesla qısa müddətdə, istəsəniz, insanlarla danışa biləcək və bu həqiqətdir.

Söhbət sürücünün pəncərə açmadan piyadalarla ünsiyyət qurma qabiliyyətindən, həmçinin geri dönmə barədə avtomatik mesajlarla xəbərdarlıqdan gedir. Bunun üçün avtomobildəki xarici dinamiklərdən istifadə olunur.

2019-cu ilin oktyabr ayında Mask "rinqtonlardan" -  quraşdırılmış zəng və avtomobilin hərəkətlərindən, hətta keçi mələrtisi kimi komik səslərdən istifadə etmək imkanlarından danışdı. Qeyd edək ki, şirkət tərəfindən təklif olunan səslərdən əlavə istifadəçilər şəxsi musiqilərini və öz səslərini də yükləyə biləcəklər.

# 2430
avatar

Oxşar yazılar