11:19
15 Yanvar 2020

Neymarın növbəti eşq romanı - Bu dəfə rusiyalı modellə


PSJ-nin braziliyalı hücumçusu Neymar Junior növbəti eşq romanı ilə diqqət mərkəzinə düşüb.

Lent.az -ın məlumatına görə, 27 yaşlı futbolçunun ürəyinə bu dəfə rusiyalı model Katerina Safarova yol tapıb.

Onların bir müddətdir sevgili olduqları bildirilir. İnstaqram fenomeni ilə Neymar Barselonadakı ziyafətlərin birində tanış olublar. Bundan sonra Katerina ulduz futbolçu ilə görüşmək üçün bir neçə dəfə Parisə yollanıb. Onların birgə şəkilləri yayılsa da, cütlük sadəcə dost olduğunu iddia edir. Lakin hər ikisinin ətrafındakı insanlar, eləcə də media onların gizli sevgi münasibəti yaşadığından xəbərdardır.

21 yaşlı modelin rəfiqələrindən biri də bu xəbəri təsdiq edib: “Katerina Neymarın ad günündə Parisə yollanmışdı. Bundan əlavə, tez-tez oyunlarına baxmağa gedir. Onlar münasibətlərini gizlətməyə çalışsalar da, hamı dost olmadıqlarını çox yaxşı anlayır”.

Dİgər xəbərlər