Sürüşmə zonasında vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA
14 yanvar 2020 10:33 (UTC +04:00)

Sürüşmə zonasında vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA

“Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır”.

Bu sözləri Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov deyib. O bildirib ki, sürüşmə ərazisində dəyişiklik yoxdur:

“Hər gün səhər saatlarında sürüşmə zonasına baş çəkirik. Hazırda parametrlərdə elə bir ciddi dəyişiklik hiss olunmur”.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848

Oxşar yazılar