Külli miqdarda narkotik satanda tutuldu 
10 yanvar 2020 14:36 (UTC +04:00)

Külli miqdarda narkotik satanda tutuldu 



Cəlilabadda külli miqdarda heroin satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirib.

Əldə edilən əməliyyat məlumatı əsasında rayon sakini Orxan Vəkilzadə Cəlilabad ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq şöbənin əməkdaşları O.Vəkilzadənin Cəlilabad rayonu Ə.Məmmədov küçəsində yerləşən evinin həyətindəki saxlanc yerinə baxış zamanı orada 3 ədəd bağlama gizlətdiyi ümümi çəkisi 4 kiloqram 0,70 qram narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürüblər.

İlkin araşdırma zamanı O.Vəlizadə həmin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan əvvəldən tanıdığı İran vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1155

Oxşar yazılar