Türkiyəli məşhur müğənni Aleyna Tilki İstanbul Hava Limanındakı polis mərkəzində ifadə verib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb müğənninin növbə gözləyərkən sərnişinlə dalaşması və təhqir etdiyi iddia edilən işçinin şikayəti olub. Bu səbəbdən ifadə verən müğənni daha sonra İlaliyanın Milan şəhərinə olan uçuşunu ləğv edib.