1524
20:42
08 Yanvar 2020

Tramp: "Ötən gecəki hücum zamanı zərər minimal olub, amerikalı hərbçilər ziyan çəkməyib"

“ABŞ-ın prezidenti olduğum müddətdə İran nüvə silahına sahib olmayacaq”.

APA-nın məlumatına görə, prezident Donald Tramp bu gün keçirdiyi mətbuat konfransında İranın İraqdakı ABŞ hərbi bazalarına raket zərbələri endirməsindən sonra xalqa müraciətində belə deyib.

Bildirib ki, İranın ötən gecəki hücumunda görülən təhlükəsizlik tədbirləri və sistemlərin çox yaxşı işləməsi səbəbindən zərər minimal olub, amerikalı hərbçilər ziyan çəkməyib: “Həm Yaxın Şərqdə, həm də digər yerlərdə xalqlar İranın destruktiv addımlarına dözüblər. Bu günlər artıq başa çatıb. İran terrorizmin əsas sponsoruna çevrilib və nüvə silahı əldə etmək istəyi ilə sivil dünyanı təhdid edir. Biz buna heç vaxt icazə verməyəcəyik. Ötən həftə biz amerikalı insanların həyatına təhlükə yaradan Qasım Süleymanini zərərsizləşdirmişik. İranın aqressiyasına cavab tədbirlərini müəyyənləşdiririk və ABŞ dərhal əlavə iqtisadi sanksiyalar tətbiq edəcək. İran rejimi öz davranışını dəyişənə qədər bu, davam edəcək”.