Bu il məktəblilərin qış tətili yanvarın 27-dən 31-dək (5 gün) olacaq.
Bu barədə Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, “Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nə əsasən, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.