2575
09:59
07 Yanvar 2020

"Sən məni itirməkdən qorx" - Şəbnəm Tovuzlu - VİDEO

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) sevgidən danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı “Şou ATV” verilişində deyib:

“Qadın bir qadın kimi özünə güvənməlidir. Öz güvəni olmalıdır. Həm həyatda, həm də sevgidə. Qadın atılmaqdan qorxmamalıdır. Lazım olsa, qadın özü deməlidir ki, mən qorxmuram, sən məni itirməkdən qorx. Bu hiss, bu duyğu məndə hər zaman olub. Unudulmamışam, əllə geri itələnməmişəm. Qadın ona deyirəm ki, qorxmamalıdır, qorxutmalıdır. Kişini hər zaman sevgisinə möhtac etməlidir. Kişi qorxmalıdır ki, birdən qadını itirərəm. Mən belə bilirəm. Kişi qadın qədər fədakar ola bilməz”.