Azərbaycanın “Robinzon Kruzo”su vəfat edib - FOTOLENT
07 yanvar 2020 09:37 (UTC +04:00)

Azərbaycanın “Robinzon Kruzo”su vəfat edib - FOTOLENT

Vitali Pronin dünən gecə dünyasını dəyişib.

Lent.az-ın qəhrəmanı, Azərbaycanın “Robinzon”u kimi tanınan Vitali Pronin vəfat edib. O, uzun illərdir Xəzərin Neftçala sahillərindəki Kürdili adasında tənha yaşayırdı.

Qeyd edək ki, Lent.az-ın əməkdaşı bir müddət öncə Vitali Proninlə görüşüb və onun həyat hekayəsini qələmə alıb. Həmin yazını aşağıdakı linkdən oxuya bilərsiz:

https://lent.az/news/271799

Mərhum şəxs Neftçalada anadan olub, sonradan valideynləri itirib. Bacı və qardaşları rayonu tərk edərək Rusiyaya köçsələr də, Vitali son nəfəsinədək adada təkcə yaşayıb. V.Proninlə bağlı Lent.az-da və “APA Group”a daxil olan “Vesti.az”da məlumatlar dərc olunduqdan sonra, Rusiya KİV-də onunla tanış olub və haqqında geniş yazılar yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4302

Oxşar yazılar