Canəli Əkbərov evə buraxıldı
06 yanvar 2020 12:06 (UTC +04:00)

Canəli Əkbərov evə buraxıldı

Xalq artisti Canəli Əkbərovun səhhəti ilə bağlı yeni xəbər var.
Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən xanəndə evə buraxılıb.

Bu haqda Əməkdar artist Babək Niftəliyev sosial şəbəkə paylaşımında qeyd edib. O, C.Əkbərovu ziyarət edib və onun səhhətinin yaxşı olduğunu vurğulayıb.

"Ustadım, Xalq artisti, şöhrət ordenli Canəli Əkbərovu ziyarətə gəldim. Allah şəfanı versin, ustadım" deyə, Babək paylaşımında qeyd edib.

(Axşam.az)

# 8756
avatar

Oxşar yazılar