Xorvatiyada Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda qalib gəlib
06 yanvar 2020 02:41 (UTC +04:00)

Xorvatiyada Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda qalib gəlib

 

Xorvatiyanın müxalif Sosial Demokrat Partiyasının lideri Zoran Milanoviç prezident seçkilərinin ikinci turunda qalib gəlib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının açıqlayıb.

Dövlət başçısı postu uğrunda Milanoviç hazırkı prezident Kolinda Qrabar-Kitaroviçlə mübarizə aparır. MSK ölkədə və xaricdəki 6,5 mindən çox seçki məntəqəsində səs verən 3,855 milyon seçicini qeydiyyata alıb. 24 mindən çox yerli və xarici müşahidəçi səsvermə prosesini izləyib.

“Seçici məlumatlarının 98,73%-nin işlənməsi nəticələrinə görə Milanoviç 1 milyon 19 min səs, Qrabar-Kitaroviç isə 915,4 min səs toplayıb”, - deyə komissiyanın məlumatında qeyd olunub.

Xorvatiyanın xarici və daxili siyasətinin müəyyənləşdirilməsi, konstitusiyaya əsasən, hökumətə aiddir. Prezident daha çox nümayəndəlik funksiyasını yerinə yetirir və beş il müddətinə seçilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3803

Oxşar yazılar