İraq parlamenti xarici ölkələrin hərbçilərinin ölkədən çıxarılması barədə qərar qəbul edib
05 yanvar 2020 18:54 (UTC +04:00)

İraq parlamenti xarici ölkələrin hərbçilərinin ölkədən çıxarılması barədə qərar qəbul edib

İraq parlamenti xarici ölkələrin hərbçilərinin ölkədən çıxarılması barədə qərar qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.

ABŞ-ın bu əməliyyatı İraqda etirazla qarşılanıb və ABŞ qoşunlarının ölkədən çıxarılması gündəmə gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4519

Oxşar yazılar