4353
07:12
05 Yanvar 2020

ABŞ Yaxın Şərqə desant gəmisi göndərəcək

İraqda İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ Hərbi Dəniz Qüvvələri Mərakeş Krallığı ilə nəzərdə tutulmuş birgə təlimləri ləğv edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Dəniz İnstitutu məlumat yayıb.

Məlumatda bildirilib ki, birgə təlimlərdə iştirak etməli olan desant gəmisi və hərbçilər Yaxın Şərqə gedəcək: “İranla gərginliyin artması fonunda ABŞ Hərbi Dəniz Qüvvələri Mərakeş silahlı qüvvələrilə nəzərdə tutulmuş təlimləri ləğv edərək, Bataan və 26-cı Dəniz Qoşunları Ekspedisiya Batalyonunu Yaxın Şərqə göndərir”.

Qeyd edilib ki, hərbi qüvvənin Yaxın Şərqə göndərilməsində məqsəd məlum hadisələrdən sonra regionda təhlükəsizliyi təmin etməkdir.

CNN isə Pentaqon nümayəndəsinə istinadən məlumat yayıb ki, general Süleymaninin qətlindən sonra ABŞ Yaxın Şərqə əlavə 3000 əsgər göndərəcək.