ABŞ Prezidenti Donald Tramp ABŞ-a məxsus obyektlərə hücum ediləcəyi təqdirdə İrandakı 52 hədəfə "sürətli və güclü bir zərbə" endiriləcəyinə söz verib.
APA xəbər verir ki, bu barədə Tramp rəsmi “Twitter” səhifəsində yazıb.
ABŞ prezidenti qeyd edib ki, bu, bir xəbərdarlıqdır: İran amerikalılara və ya ABŞ-ın əmlakına zərbə vurarsa, İrandakı 52 mövqeyi hədəf alacağıq (illər əvvəl İran tərəfindən tutulan 52 ABŞ girovuna görə)”.
O, əlavə edib ki, bu hədəflər İranın özü kimi, tez və sərt şəkildə vurulacaq: “ABŞ artıq heç bir təhdid istəmir. İran çox cəsarətlə danışır. İran illərdir ki, möhkəm bir problemdir”.