Qara mirvari salatı - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
04 yanvar 2020 19:20 (UTC +04:00)

Qara mirvari salatı - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla qara mirvari salatının necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

450 qr toyuğun döş əti, 5 ədəd yumurta, 100 qr qoz, 1 banka qara zeytun, 200 qr holland pendiri, 150 qr mayonez, 200 qr 25 %-li xama.

Hazırlanması:

Toyuğun döş ətini və yumurtanı bişiririk. Sonra əti doğrayırıq. Salatı hazırlayacağımız qaba moyanez, xama qarışığı ilə birlikdə doğradığımız döş ətini əlavə edirik.  Qozu xırdalayıb üzərinə tökürük. Daha sonra narın doğranılmış zeytun, mayonez, və xama qarışığı əlavə edirik. Holland pendirini doğrayıb mayonez və xama qarışığı ilə çəkirik. Sonuncu qata isə yumurtanı sürtgəcin iri gözündən keçirib duz, istiot vurub əlavə edirik. Üzərini isə hollan pendiri və qara zeytunla bəzəyirik. 

Nuş olsun!

# 12962
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar