Dəriniz yağlıdırsa mütləq diqqət edin
05 yanvar 2020 14:14 (UTC +04:00)

Dəriniz yağlıdırsa mütləq diqqət edin

Dərinin yağlı olması bir çox problemlərə eləcə də sızanaqlara səbəb ola bilər. Bəs bu problemlərlə necə başa çıxmaq olar?

Lent.az Türkiyyə mətbuatına istinadən yağlı dəriyə sahib olan xanımlarda yaranan problemlərlə bağlı bəzi məqamları təqdim edir:

1. Üzünüzü yuyun

Dərinizi təmiz saxlamaq və artıq yağları üzdə azaltmaq üçün səhər və axşam müntəzəm olaraq gigiyenik məhsullarla yumaq lazımdır.

2. Üz serumlarından faydalanın

Dərinizi qurutmadan salisilik turşusu olan qızartı və qara ləkələrlə mübarizə aparan məhsullara üstünlük verin. Bu növ məhsullar dərini qurutmadan, lazımsız yağları azaldaraq üzü təmiz saxlayır.

3. Mat olan məhsullar istifadə edin

Üzünüzü mat göstərən kremlərdən istifadə edin. Beləliklə, dəriniz həddindən artıq yağlı görünməyəcəkdir. Bundan başqa ənliklərdən istifadə edə bilərsiniz.

4. Sabitləyci 

Makiyajınızı sabit saxlamaq üçün sabitləşdirici məhsullar istifadə edin. Yağlı dəri, makiyajın üzdə qalma müddətini azaldır. Sabitləşdirici məhsulları tətbiq etməklə makiyajın üzünüzdə qalma müddətini uzadacaqsız.

5. Təmizləyici maskalar

Təmizləyici maskalar dərini artıq yağlardan azad edir. Bu tip maskalar həm də dəridə qara nöqtələrlə mübarizə aparmağa və dərinizi yeniləməyə kömək edəcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8638
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar