Deputatın atası yol qəzasında öldü – Ermənistanda
03 yanvar 2020 14:30 (UTC +04:00)

Deputatın atası yol qəzasında öldü – Ermənistanda

 

Yanvarın 2-də Aştarak-Gümrü yolunun ikinci kilometrliyində Avetis N.nın idarə etdiyi “Mercedes” yoldan çıxaraq yol kənarındakı daşlara çırpılıb.

Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, sürücü hadisə yerində ölüb. 

Maşındakı sərnişin Leva M. əvvəlcə Aştarakdakı tibb mərkəzinə, sonar “Asthik” xəstəxanasına aparılıb. Ancaq həkimlər onun da həyatını xilas edə bilməyiblər. 

Məlumata görə, Leva M. “Mülki müqavilə” partiyasının üzvü, “Mənim addımım” blokundan deputat Sergey Movsisyanın atası idi. 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3729

Oxşar yazılar