2951
12:15
03 Yanvar 2020

Şimal bölgəsində hava kəskin dəyişib, qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağmağa başlayıb.

Ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 10 santimetrə çatıb. Qrız kəndində 5, Təngəaltında 3, Qubanın mərkəzində isə 1 santimetr qar müşahidə olunub. Qusarın Yasab kəndinə isə 1 santimetr qar düşüb.

Qubanın Qrız və Xınalıq kəndlərində temperatur mənfi 9 dərəcəyədək enib.