539
16:34
30 Dekabr 2019

Bu il 34 nəfərə böyrək köçürülüb

"Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb".

Lent.az -ın məlumatına görə, Səhiyyə Nazirliyinin illik hesabatında bildirilib kİ, hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəz 661 süni böyrək aparatı ilə təchiz olunub, 3900-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur:

"10 il öncə 12 mərkəzdə 198 süni böyrək aparatı quraşdırılmış və 1200 nəfər xəstəyə xidmət göstərilirdi. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 1000-ə yaxın insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb. Bu il dövlət hesabına 34 nəfərə böyrək köçürülməsi əməliyyatı aparılıb".