Lent.az dünyanın müxtəlif yerləri haqda maraqlı faktları və fotoları özündə birləşdirən “Tamaşa Dünya” rubrikasını davam etdirir. Budəfəki yazımız Cənubi Amerikada yerləşən, səyyah Xristofor Kolumbun adı ilə bağlı olan Kolumbiyaya həsr edilir.
- Kolumbiya dünyanın ən günəşli ölkələrindəndir. Ekvatora yaxın olduğuna görə, burada, demək olar ki, həmişə isti hava hökm sürür.
- Dünyada yüksək keyfiyyətli zümrüd hasilatında lider olan Kolumbiya qəhvə istehsalına görə Braziliyadan sonra ikincidir.
- Kolumbiyanın paytaxtı Boqota dünyanın ən təhlükəli şəhərlərindən sayılır. Lakin Boqota aeroportu Latın Amerikasında ən böyük hava limanıdır.
- Kolumbiyada metro yoxdur. İctimai nəqliyyat vasitəsi funksiyasını xüsusi zolaqlarla hərəkət edən müasir avtobuslar yerinə yetirir.
- Kolumbiyalılar evə girəndə heç vaxt ayaqqabılarını çıxartmırlar. Çünki döşəməyə yumaq asan olsun deyə, kafel vururlar. Döşəmələri soyuq olduğundan, evdə həmişə ayaqqabı ilə gəzirlər.
- Kolumbiyada yemək, meyvə-tərəvəz çox ucuzdur. Eyni söz mobil tariflərə də aiddir.
- Kolumbiyada oğlanları gecə klublarına kəmərlə buraxmırlar. Yəni içəri daxil olursansa, kəmərini çıxarıb təhvil verməlisən. Çünki bu ölkədə kəmər soyuq silah sayılır.
- Hesablamalara görə, kolumbiyalılar orta hesabla ildə təxminən 400 milyard fincan qəhvə içirlər.
- Dünyanın ən tanınmış narkobaronlarından və zəngin şəxslərindən olmuş Pablo Eskobar bu ölkədə dünyaya göz açıb. O, Kolumbiya hökumətinin borcunu ödəmək üçün ABŞ-a 10 milyard dollar bağışlayıb.
- Kolumbiyada ispan dilində danışan daha çoxdur, nəinki İspaniyanın özündə.
- Adətən üstlərində mobil telefon gəzdirmirlər. Çünki bu ölkədə günün günorta vaxtı da telefon oğurlamaq adi haldır. Bəs bayırda bir-birləri ilə necə əlaqə saxlayırlar? Demək olar ki, hər tində pul qarşılığında telefonunu zəng etmək üçün verən insanlara rast gəlmək mümkündür. Onlar isə dostları tərəfindən qorunurlar.
- Kolumbiyada orxideya gülünün 3500-dən çox növü yetişdirilir. ABŞ-da çiçək mağazalarında satılan bütün güllərin təxminən 70 %-i Kolumbiyadan gətirilir.
- Kolumbiyalıların qızıl qaydası var: musiqiyə qulaq asırsansa, rəqs etməyə başla.
- Kolumbiyada 3 dəfə asqıran insana bu sözlər deyilir: “Salyut, dinero, amor” (sağlamlıq, pul və sevgi).
- Ölkənin simvolu qanadları 3 metr olan And kondoru quşudur. Ümumiyyətlə, Kolumbiyada 1754 quş növü var.
- 58 milli parkı var. Bu, ölkə ərazisinin 11 %-i deməkdir. Kolumbiya 300-dən artıq çimərliyə sahibdir.
- İş saatı səhər saat 7-də başlayır.
- Abort etmək qadağandır. Buna görə Kolumbiyada daha çox 14-18 yaşındakı qızlar ana olurlar.
- Dükanda çörək tapmaq çox çətindir. Onlar, demək olar ki, çörək yemirlər.
- Ölkənin adətlərinə görə, Yeni il gecəsi hər kolumbiyalı 12 üzüm yeməlidir. Bu adətin insana xoşbəxtlik gətirdiyinə inanırlar.
- Kofenin içinə duzlu pendir atmaq. Bu, sizə qəribə gələ bilər. Ancaq kolumbiyalılar tez-tez belə edirlər.
- Ölkənin milli yeməyi “Bandeyya paisa” adlanır və onu ancaq cümə axşamı günü yeyirlər. Demək olar ki, bütün yeməklərə avokado əlavə edirlər.
- Bu ölkədə kirayə verilən evlərdə heç vaxt mebel olmur.
- "Beş rəng çayı" adlanan və dünyanın möcüzələrindən sayılan Kano Kristales çayı Kolumbiyada yerləşir. Çayda çoxrəngliliyi qum, yosun və səma əmələ gətirir.
- Kolumbiyada yolda dayanıb tanımadığın adama cavab vermək olmaz. Çünki o, ünvanı soruşmaq adı ilə içində narkotik olan, nəm kağızı yaxınlaşdıra və bu yolla sizi yatızdıra bilər. Tələyə düşsəniz, üstünüzdəki pul və qiymətli əşyalardan əlinizi üzün.