54 min nəfər müəllim olmaq üçün müraciət edib
29 dekabr 2019 13:17 (UTC +04:00)

54 min nəfər müəllim olmaq üçün müraciət edib

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron yerləşdirmənin nəticələrinə əsasən, bu il  1305 müəllim iş yerini dəyişib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu il müəllim olmaq istəyənlərin sayı artıb.

2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artaraq 54 min nəfəri ötüb.

2019-2020-ci tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub. Onlardan 3260 nəfəri müddətsiz, 5614 nəfəri isə müddətli müqavilə əsasında işlə təmin olunub. Müddətsiz müqavilə əsasında işə qəbul olunan müəllimlərdən 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub.

Bundan başqa, ölkə Prezidentinin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı bu il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1406

Oxşar yazılar