954
12:05
29 Dekabr 2019

DİQQƏT: Bakının bu prospektində hərəkət 3 gün məhdudlaşdırılacaq - YENİLƏNİB

Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, Koroğlu metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşmasının tarixi bayram tədbirləri ilə əlaqədar dəyişdirilib.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az -a bildirilib ki, məhdudlaşma 2020-ci il yanvarın 1-dən saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.

***

11:07

Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, "Koroğlu" metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az -a bildirilib ki, məhdudlaşma dekabrın 30-da saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir.

Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.