Məktəblilərin rəsm sərgisi olacaq
27 dekabr 2019 10:28 (UTC +04:00)

Məktəblilərin rəsm sərgisi olacaq

Dekabrın 28-də Xətai Sənət Mərkəzində “Məktəblinin dostu” layihəsi çərçivəsində “Məktəblinin dostu şagirdlərin gözü ilə” adlı rəsm sərgisi açılacaq. Sərgidə layihəsinin əhatə olunduğu 70 ümumtəhsil müəssisəsi iştirak edəcək.

Bu barədə Lent,az-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

Onun sözlərinə görə, sərgidə məktəblilərin rəsm əsərləri və hazırladıqları maketlər nümayiş etdiriləcək. Layihənin 3 illiyinə həsr olunan sərgidə üç yer uğrunda mübarizə aparılacaq. Qaliblər Xətai Sənət Mərkəzinin rəssamları tərəfindən müəyyənləşəcək. Qalib məktəblilər müxtəlif hədiyyələr və diplomlarla mükafatlandırılacaq.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayından icrasına başlanılan “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur.

# 1132
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar