Xaçmazda evini yandıran kişi həbs olunub.
Lent.az-ın xəbərinə görə, 51 yaşlı Qafar Nəzərov (şərti adla) toy məclisindən sərxoş halda yaşadığı evə gəlib. O, yenidən spirtli içki almaq üçün pul istəsə də, ailə üzvləri pul verməyiblər.
Özündən çıxan Qafar əsəbindən evdə yanğın törətmək istəyib. Nəticədə evin kiçik bir hissəsi yanıb. Bunu görən ailə üzvlər dərhal polisə müraciət ediblər. Polis əməkdaşları hadisə yerinə gələndə Qafar sərxoş halda nalayiq ifadələr işlədib və polisin qanuni tələbinə məhəl qoymayıb.
Lakin saxlanılaraq, şöbəyə gətirilib və barəsində müvafiq protokollar tərtib olunub.
Qafar əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.
Məhkəmə onun barəsində 7 gün müddətinə inzibati həbs qərarı verib.