399
17:49
26 Dekabr 2019

Qadın çəkməsində telefon keçirmək istədi

Gömrükçülər ölkəyə qaçaq yolla mobil telefon gətirilməsinin qarşısını alıb.

Lent.az xəbər verir ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının “Mercedes Benz E 200 CDI" maşınına baxış keçirilib. Bu zaman salondakı qadın çəkməsinin içərisində gömrük nəzarətindən gizlədilən 4 ədəd "İphone 11 Pro Max", şəxsi yoxlama zamanı isə pencəyin iç cibindən 2 ədəd "İphone 11 Pro Max" markalı mobil telefonlar və 5 ədəd qulaqlıq aşkarlanıb.

Digər bənzər fakt “Samur” gömrük postunda qeydə alınıb.

Rusiyadan gələn "Mercedes Benz Vito" markalı avtomobilə gömrük baxışı keçirilib. Bu zaman maşının qabaq sağ oturacağının altındakı boşluqda gömrük nəzarətindən gizlədilən 1 ədəd "Oppo A 1k", 1 ədəd "Samsung Galaxy J 7", 1 ədəd "MDC M5" markalı, ön panelin altındakı əşyalar qoyulmaq üçün nəzərdə tutulan yerdən 1 ədəd "Samsung Galaxy J2", 1 ədəd "Xiaomi Redmi 6A" markalı, rentgen qurğusundan keçən əl yüklərində isə gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd "Samsung Galaxy A10" markalı mobil telefonlar aşkarlanıb.