Sabir Rüstəmxanlı deputatlığa namizədliyini irəli sürdü
26 dekabr 2019 11:18 (UTC +04:00)

Sabir Rüstəmxanlı deputatlığa namizədliyini irəli sürdü

 

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın sədri Sabir Rüstəmxanlının namizədliyini irəli sürüb.

APA xəbər verir ki, onun namizədliyi VHP Siyasi Şurasının qərarı ilə 61 saylı Neftçala seçki dairəsindən irəli sürülüb və VHP Seçki Qərargahının üzvləri, səlahiyyətli nümayəndələri tərəfindən müvafiq sənədlər Dairə Seçki Komissiyasına təqdim edilib. 

Artıq VHP Mərkəzi Seçki Qərargahının Neftçala seçki bürosu yaradılıb. Seçki qərargahı dünəndən fəaliyyətə başlayıb. Yaxın günlərdə isə imza toplama kampaniyasına başlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1359

Oxşar yazılar