587
12:19
24 Dekabr 2019

İçki məclisi qətllə nəticələndi

Balakəndə qətl törədilib.

APA-nın məlumatına görə, hadisə rayonun Hənifə kəndində qeydə alınıb. Kənd sakini Murtuzəli Nabatova məxsus iki mərtəbəli yarımçıq tikilidə Şəki rayon sakini, 59 yaşlı Məmmədhəsən Rəhimovun meyiti tapılıb.

Hüquq-mühafizə orqanları M. Rəhimovun meyitinə baxış keçirərkən onun bədənində zorakılıq əlamətləri aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, M. Rəhimov tanışı Hacımurad Nəsibovun evində spirtli içki qəbul edib. Daha sonra aralarında yaranan münaqişə zəminində H. Nəsibov M. Rəhimovu yarımtikiliyə apararaq taxta ilə baş nahiyyəsindən bir neçə zərbə vurmaqla qətlə yetirib.

Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlanıb, H. Nəsibov şübhəli şəxs kimi tutulub.