Bakıda ana və azyaşlı qızını maşın vurdu: uşaq ölüb
23 dekabr 2019 10:54 (UTC +04:00)

Bakıda ana və azyaşlı qızını maşın vurdu: uşaq ölüb

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Rayon sakinləri M.N və qızı 2016-cı il təvəllüdlü T.N (adlar şərtidir) yolu keçmək istəyərkən onları avtomobil vurub. Qəza nəticəsində azyaşlı T.N aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ana isə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1408

Oxşar yazılar