566
17:54
20 Dekabr 2019

Dəm qazı yenə can aldı: araşdırma başladı

Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gədəzeyxur kəndində baş verib. Kənd sakini, 61 yaşlı Vəlixanova Sveta Dünyaməddin qızı yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır.