Araz Əlizadənin həyat yoldaşı xəstəxanadan çıxmasına icazə vermədi - SƏBƏB
20 dekabr 2019 17:05 (UTC +04:00)

Araz Əlizadənin həyat yoldaşı xəstəxanadan çıxmasına icazə vermədi - SƏBƏB

“Araz Əlizadənin vəziyyəti yaxşıdır”.

Lent.az-a bu barədə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin həyat yoldaşı məlumat verib. O bildirib ki, ASDP sədri evə qayıtmaq istəyir:

”Ancaq mən istəyirəm ki, o hələ xəstəxanada qalsın. Çünki buraxsalar, evdə oturmayacaq. Buna görə həkimlərdən xahiş etdim ki, bir neçə gün də xəstəxanada müalicəsinə davam etsin”.

Xatırladaq ki, deputat Araz Əlizadə böyrək çatışmazlığı diaqnozu ilə bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.

# 1713
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar