19:57
20 Dekabr 2019

Donuza baxan ilin ən varlı milyarderi oldu


Afrika donuzu epidemiyası Çində əsl qida böhranına səbəb oldu, ancaq böyük istehsalçılar qiymətlərin artması səbəbindən varlanmağa müvəffəq oldular.

Lent.az xarici mediaya istinadla bildirir ki, əsas qalib limyarder Tsin İnlin olub: onun varidatı dörd qat-8,6 milyard dollara qədər, “Bloomber Billionaries”in reytinqinin digər iştirakçılarından çox artıb.

Epidemiya nəticəsində Çində donuz sayı üç dəfə azalıb, nəticədə donuz ətinin qiyməti iki dəfə artıb. İlk növbədə epidemiyaya qarşı tədbir görə bilməyən və heyvanlarını yoluxmadan bərpa edəməyən kiçik istehsalçılar ziyan görüblər.

Böyük şirkətlər bu vəziyyətdən yalnız qazanc əldə ediblər, onların bazardakı payı artıb. Çində donuz əti istehsalçısı kimi ikinci olan Tsin İnlin Muyuan Foodstuff Co müəssisəsi 2019-cu ilin üçüncü rübündə gəliri ötən ildəki ilə müqayisədə 260 faiz artıb.

“Bloomberg”in qiymətləndirməsinə görə, Tsinin varidatı 4 dəfədən çox artıb və biznesmen dünyanın ən varlı 200 adamının siyahısına düşüb. Onun rəqibi, “New Hope Group”un sahibi Lyu Yunhaonun varidatı 11 milyad dollara qədər artıb.

“Muyuan Foodstuff” həyata keçirilən tədbirlər sayəsində epidemiyanın ciddi zərərindən yayına bilib: yük maşınları dezinfeksiya edilib, yemin sterilizasiyası və fermalarda havanın filtrasiyası vaxtında görülüb. Donuz epidemiyası zərərlə yanaşı, gəlir də gətirir. Bu qasırğadan itkisiz ötüşüb,inkişaf üçün əla bir fürsətə çevirməliyik”, - Tsin İnlin müsahibələrindən birində deyib.

55 yaşlı Tsinin böyük bir Çin sahibkarı üçün standart tərcümeyi-halı var. O, 1980-ci illərin ortalarında Kənd Təsərrüfatı İnstitutunu bitirib və təyinat üzrə dövlət təsərrüfatında işə düzəlib. Lakin 3 il sonra 22 donuz alaraq öz biznesinə başlayıb. 2018-ci ildə onun müəssisəsindəki donuz sayı 8 milyon başı keçib.

Dİgər xəbərlər