"İçərişəhər" İSESCO-nun İslam İrsi Siyahısına daxil edildi
18 dekabr 2019 17:15 (UTC +04:00)

"İçərişəhər" İSESCO-nun İslam İrsi Siyahısına daxil edildi

İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib.

Lent.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mətbuat xidmətindən verilən məlumata görə, bu qərar Mərakeş Krallığının paytaxtı ər-Rabatda İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasında verilib.

Bundan başqa, Azərbaycanın daha iki tarixi məkanı – Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi və Qobustan qayaüstü rəsmləri də siyahıya əlavə olunan məkanlar sırasındadır. 

Ümumilikdə, 117 tarix və mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, İSESCO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması, qorunması sahəsində fəaliyyətin gücləndirilməsi prioritet elan edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1289

Oxşar yazılar