Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsi ilə birgə paytaxtdakı “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelində yanğın-taktiki təlim keçirəcək .
Lent.az-a nazirlikdən verilən məlumata görə, dekabrın 18-də saat 15:00-da baş tutacaq yanğın-taktiki təlimə nazirliyin 3 ədəd xüsusi texnikasının və 24 nəfər canlı qüvvəsinin cəlb olunması nəzərdə tutulur.