Rusiyadan bahalı “İphone”lər gətirmək istəyi baş tutmadı
18 dekabr 2019 13:03 (UTC +04:00)

Rusiyadan bahalı “İphone”lər gətirmək istəyi baş tutmadı

“Samur” gömrük postunda bahalı telefonlar ələ keçirilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan xəbərə görə, Rusiyadan "Samur" gömrük postuna daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz 200" markalı avtomobilə gömrük baxışı keçirilib.

Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı nəqliyyat vasitəsinin yük yerinin sağ və sol boşluqlarında 1 ədəd "iPhone XS Cold 64 GB", 1 ədəd "iPhone XS Space Gray 64 GB", 1 ədəd "iPhone 11 Purple 64 GB", 4 ədəd "iPhone 11 Pro Max Midnight Green 256 GB" və 1 ədəd "iPhone 11 Pro Max Space Gray 64 GB" markalı mobil telefonlar aşkarlanıb.

# 789
avatar

Oxşar yazılar