Piyadanı öldürüb qaçan sürücü saxlanıldı
18 dekabr 2019 12:24 (UTC +04:00)

Piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Piyadanı vurub qaçan sürücü saxlanılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, dekabrın 14-də, saat 7 radələrində Bakı-Qazax yolunun Şəmkir şəhəri ərazisindən keçən hissəsində naməlum sürücü idarə etdiyi avtomobillə yolun kənarı ilə hərəkətdə olan piyada, 55 yaşlı Şıxməmmədov Telman Firuddin oğlunu vuraraq öldürüb. Sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini “VAZ-2106” markalı avtomobilin sürücüsü – 25 yaşlı Mustafayev İsmət Şükür oğlunun törətməsinə əsaslı şübhələr müəyyən edilib. O, dekabrın 18-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar