Bakı-Qazax yolunda ağır qəza: 2 ölü, 5 yaralı - YENİLƏNİB
18 dekabr 2019 17:04 (UTC +04:00)

Bakı-Qazax yolunda ağır qəza: 2 ölü, 5 yaralı - YENİLƏNİB

Bakı-Qazax yolunda mikroavtobusun aşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.

APA-nın məlumatına görə, araşdırmalar nəticəsində qəzada ölən şəxslərin - 1966-cı il təvəllüdlü Vəliyev Hikmət İsmayıl oğlu və 1957-ci il təvəllüdlü Nəcəfov Vahid Vadər oğlu olması müəyyən edilib.

***

Saat 11:56

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası qeydə alınıb və hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. 

Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, baş verən qəza barədə məlumat Təcili Tibbi Yardıma saat 10:15-də daxil olub:

"Hadisə nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. Yaralılardan birinin vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib. Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1474

Oxşar yazılar