Lent.az yazdı, problem həll edildi - RƏSMİ
16 dekabr 2019 16:13 (UTC +04:00)

Lent.az yazdı, problem həll edildi - RƏSMİ

Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsində antisanitar qaydada heyvan kəsilən qəssabxana barədə saytımızda məlumat dərc etmişdik.

Bununla bağlı Lent.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, müraciətlə bağlı araşdırma aparılıb:

“Yerli İcra Hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə qanunsuz heyvan kəsimi məntəqəsinə qarşı keçirilmiş reydlər zamanı qeyd olunan ünvanda kəsim üçün istifadə olunan dəmir konstruksiyalı qurğular ləğv edilib, antisanitar vəziyyət aradan qaldırılıb. Eyni zamanda sahibkara baytarlıq-sanitariya qanunvericiliyinin tələblərinə əməl edilməsi ilə bağlı göstərişlər verilib”.

# 1847
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar