
Bakıdakı qəssabxana ilə bağlı araşdırmalara başlanılıb - RƏSMİ
0
0
Xətai rayonu, Mehdi Mehdizadə küçəsində antisanitar qaydada heyvan kəsilən qəssabxana ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə Lent.az -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva məlumat verib. A.Fərziyeva bildirib ki, qəssabxana ilə bağlı araşdırmaya artıq başlanılıb:
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsiminə qarşı tədbirlər mütəmadi olaraq davam etdirilir. Bu məqsədlə qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrində reydlər keçirir. Aidiyyəti qurumlarla birlikdə keçirilən reydlər zamanı heyvan kəsimini küçədə, yol kənarında anti-sanitar şəraitdə həyata keçirən məntəqə sahiblərinə ciddi xəbərdarlıq olunur, xəbərdarlığa məhəl qoymayan şəxslərlə bağlı inzibati tədbirlər görülür"
Fakt ilə bağlı Agentliyə daxil olan məlumat aidiyyatı üzrə yönləndirilib və araşdırmalara başlanılıb, araşdırmalar yekunlaşdıqdan sonra geniş məlumat veriləcək".
***
15:16
Xətai rayonu, Mehdi Mehdizadə küçəsində antisanitar qaydada heyvan kəsilən qəssabxana yoxlanılacaq.
Bu barədə Lent.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva məlumat verib. O, bildirib ki, sözügedən qəssəbxana ilə bağlı araşdırılma aparılacaq.
***
12:03
Xətai rayonu, Mehdi Mehdizadə küçəsində antisanitar qaydada heyvan kəsilən qəssabxana haqqında redaksiyamıza şikayət daxil olub.
Lent.az-a müraciət edən şəhər sakini Vüsal Qarayev bildirib ki, sözügedən qəssabxananın yaxınlığında, 55 saylı uşaq bağçası və Xətai rayonu, məhkəmə tibbi-ekspertiza şöbəsi yerləşir.
Şikayətçinin sözlərinə görə, qəssabxanada kəsilən heyvan başları küçədə anstisanitar şəraitdə qoyulub satılır. Bundan başqa, həmin küçədəki üfunətli qoxu insanların narazılığına səbəb olur.
0
0
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
8 sentyabr 2025 , 13:19
100 il yaşamağınıza kömək edəcək əsas tərəvəz
8 sentyabr 2025 , 12:57
Sabah yağış yağacaq, dolu düşəcək - Hava PROQNOZU
8 sentyabr 2025 , 12:32
Hansı universitetlərdə geyimlə bağlı qadağalar var? - SORĞU
8 sentyabr 2025 , 10:57
Uçuş zamanı sərnişin ölürsə, aviaşirkətlər nə edir?
8 sentyabr 2025 , 10:26
Leysan yağdı, sel keçdi - GÜNÜN HAVASI
8 sentyabr 2025 , 09:30
Universitetə qeydiyyat bu gün bitir
8 sentyabr 2025 , 09:26
Balıqlar - payızda, Qoçlar - yayda: hər BÜRCÜN şanslı olduğu zaman
8 sentyabr 2025 , 09:09