Xalq artisti ilə müğənni arasında QALMAQAL: "Şəxsiyyətini itirən..."
16 dekabr 2019 15:16 (UTC +04:00)

Xalq artisti ilə müğənni arasında QALMAQAL: "Şəxsiyyətini itirən..."

Xalq artisti Samir Cəfərovla müğənni Ülvi Qılınc arasında qalmaqal yaşanıb.

Lent.az-ın məlumatına görə, S.Cəfərov “ATV maqazin onlarla” verilişinə açıqlamasında Ülvinin “Öz ölümümün vaxtını bilirəm” fikirlərinə münasibət bildirib:

“Deyir ki, ölmək istəyirəm. Bu, Allahın işidir. Ölüm o zaman gerçəkləşir ki, insan şəxsiyyətini itirir. Bir insanın şəxsiyyəti öldüsə, həmin gün gözümdə ölü sayılır. Ülvi gəzən ölüdür. Boyu-buxunu, sənəti, səsi var. O, axıradək getməyən tenordur. Öz bacarığını sonadək kamilləşdirməyib, yarıda qalıb. Ülvi, get, sənətlə məşğul ol, qıraqda qalmısan”.

# 3640
avatar

Oxşar yazılar