Uşaq İnkişaf Mərkəzindəki partlayışla bağlı YENİ MƏLUMAT
16 dekabr 2019 14:02 (UTC +04:00)

Uşaq İnkişaf Mərkəzindəki partlayışla bağlı YENİ MƏLUMAT

Bakı şəhəri Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində baş vermiş partlayışla bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb.

İdarədən Lent.az-a verilən xəbərə görə, dekabrın 16-da saat 10:15 radələrində Qaradağ rayonundakı 7 nömrəli Uşaq İnkişaf Mərkəzində partlayış baş verib.

Mərkəzin binasında qaz xətti olmadığına və qazdan istifadə edilmədiyinə görə, ilkin olaraq hadisənin yeraltı qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə nəticəsində mərkəzin direktor müavini Nərgiz Ələmova xəsarət alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Ambulator müayinə və ilkin tibbi yardım göstərildikdən sonra N.Ələmova evə buraxılıb. Şagirdlərdən xəsarət olan yoxdur.

Hadisə ilə əlaqədar mərkəz rəhbərliyi dərhal Fövqəladə Hallar Nazirliyi, Qaradağ rayon İcra Hakimiyyəti, Bakı şəhəri üzrə Təhsil İdarəsi və digər aidiyyəti qurumlara məlumat verib.

Məsələ ilə bağlı müvafiq qurumların apardığı araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

# 1100
avatar

Oxşar yazılar