Dünyada ilk: 3D printerilə rayon çap edildi
14 dekabr 2019 19:50 (UTC +04:00)

Dünyada ilk: 3D printerilə rayon çap edildi

“New Story” qeyri-kommersiya təşkilatı dünyada ilk dəfə olaraq 3D printerdə rayon çap edib.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, həmin rayon Meksikanın cənub-şərqindəki Tabasko ştatında yerləşir.
 
Şirkətin məqsədi bu rayonda həddindən artıq yoxsulluq şəraitində, tez-tez təhlükəli və müvəqqəti sığınacaqlarda yaşayan ailələr üçün 50 ev tikməkdir. Seçilmiş ailələr həmin evləri 0 faizlə alacaq, 7 il ərzində ödəniləcək ipoteka kreditinin dəyəri isə təxminən 400 Meksika pesosu (ayda təxminən 20 ABŞ dolları) təşkil edəcək.
 
Tikinti üçün “Icon Vulcan II” printerindən istifadə edilib. Bir evin əsas konstruksiyasının inşasına təxminən 24 saat vaxt sərf edilir. Ancaq digər konstruksiyalar (dam, pəncərə və qapılar) əllə quraşdırılır.
 
Evlərdə elektrik və su kəməri birləşmələri mövcuddur. “New Story” nümayəndələri qeyd ediblər ki, onlar evləri həm yerli seysmik şərtlərə, həm də zamanın sınağına tab gətirməsini təmin etmək məqsədilə standart təhlükəsizlik tələblərinə cavab verəcək şəkildə layihələndiriblər.

# 1811
avatar

Oxşar yazılar