Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT
14 dekabr 2019 17:46 (UTC +04:00)

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Qaraciyər bədən üçün əhəmiyyətli vəzifələri olan bir orqandır və fəaliyyəti olduqca müxtəlifdir. Bəs qaraciyərin vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini necə anlaya bilərik?

Qaraciyər, yediyimiz qidalardan faydalı maddələri almağımızı təmin edir. Eyni zamanda zəhər və alkoqol kimi qandakı zərərli maddələri təmizləyir. Əgər qaraciyər toksinləri tullantılara çevirməsə, fəaliyyətini yerinə yetirmədiyinə dair bədənə müxtəlif xəbərdarlıq siqnalları göndərəcək. Qaraciyərinizin sağlamlığından əmin olmaq üçün 6 əlamətə diqqət edin. Bu əlamətlərdən biri sizdə varsa, həkim müayinəsi mütləqdir.

Hipoqlisemiya (Qan şəkərinin azlığı)

Qaraciyər qandakı qlükoza səviyyəsini davamlı şəkildə idarə edər. Qaraciyər yığılmış qlükozanı qan dövranına ötürməzsə, qandakı qlükoza səviyyəsi aşağı düşər. Nəticədə də qan şəkəri enər və özünüzü yorğun hiss etməyə başlayarsınız.

Hormonal pozuntu

Qaraciyər estrogen və testosteron kimi cinsi hormonları da tənzimləyir. Bu orqan fəaliyyətini itirməyə başlaması ilə libido düşüklüyü, hormonal tarazsızlıq və menstruasiya öncəsi gərginliyin artması kimi problemlər ortaya çıxar.

İmmunitet sistemində pozuntu

Tez-tez soyuqdəymə və digər infeksiyalara tutulmaq, C vitamini qəbul edərək aradan qaldırılacaq bir durum olmaya bilər. Qaraciyər sağlamlığı güclü immunitet sistemi üçün lazımdır. Yəni qaraciyər nə qədər sağlamdırsa, viruslar və bakteriyalarla bir o qədər yaxşı mübarizə aparacaq.

Fikir dolaşıqlığı

Qaraciyər həddindən çox yükləndiyində qan uyğun şəkildə filtrlənməz. Bu halda toksinlər beyinə çata bilər. Şüur bulanıqlığı, qərar vermədə çətinlik kimi əlamətlər ard-arda ortaya çıxar.

Yuxu apnesi

Yuxu apnesi, yuxu əsnasında 10 saniyədən çox çəkən nəfəs dayanmasına səbəb olan bir xəstəlikdir. Yuxu apnesi yaşayanlar adətən yüksək səslə xoruldayırlar. Günümüzdə aparılan araşdırmalar qaraciyər yağlanması və yuxu apnesi arasında bir bağlantı olduğunu müəyyənləşdirib.   

Ani duyğu dəyişikliyi

Qan uyğun şəkildə filtrlənmədiyində toksinlərin beyinə çatma riski artır. Beyin sağlığına mənfi təsir edən bu vəziyyətdən sonra hafizə problemləri, duyğusal dalğalanmalar da artar. Qayğı və depressiya qaraciyərin bu vəziyyətindən qaynaqlanmış ola bilər.

Qaraciyər sağlamlığı üçün məsləhətlər:

Qaraciyərin yaxşı çalışması üçün əvvəlcə qidalanma vərdişlərinə diqqət etməlisiniz.

- Daha az fruktoza qəbul etməli

- Qazlı içkilərdən uzaq durmalı

- Daha çox yaşıl yarpaqlı tərəvəz yeməli

- Spirtli içkini tərgitməli, ya da minimuma endirməli

- Yumurta, soğan, sarımsaq kimi sülfür tərkibli qidalar qəbul olunmalıdır. Çünki onlar qaraciyəri təmizləməyə kömək edir. (e-tibb.az)

# 3474
avatar

Oxşar yazılar