Abbas küsülü olduğu Zamiqdən danışdı: "...həyat tərzi var"
13 dekabr 2019 12:26 (UTC +04:00)

Abbas küsülü olduğu Zamiqdən danışdı: "...həyat tərzi var"

Əməkdar artist Abbas Bağırov küsülü olduğu Zamiq Hüseynov barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı “Show news” verilişində bildirib ki, Zamiqin Xalq artisti Röya Ayxanla dostluğunu qısqanmır: “Röya mənim də dostumdur. Zamiqlə də dost ola bilər. Mən tərəfdən qısqanclıq yoxdur. Qarşı tərəfi bilmirəm. Bizim şəxsi münasibətimizin heç kimə dəxli yoxdur. Əgər Zamiqlə münasibətim yaxşı deyilsə, Röyaya demərəm ki, onunla şəkil paylaşma. Zamiqin də sevənləri, özünəməxsus həyat tərzi var. Sadəcə, münasibətimizdə müəyyən problemlər var. Mənim onunla düşmənçiliyim yoxdur. Onun ata olması xəbərinə çox sevindim”.

# 1288
avatar

Yalçın UĞUR

Oxşar yazılar