Şirkət rəhbəri hər işçisinə 50 min dollar mükafat verdi
12 dekabr 2019 19:13 (UTC +04:00)

Şirkət rəhbəri hər işçisinə 50 min dollar mükafat verdi


 

ABŞ-ın Baltimor şəhərindəki tikinti şirkətinin təsisçisi Edvard Sent-Con işçiləri üçün unudulmaz bir Milad gecəsi təşkil edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, biznesmen səhnədən izişçiləri üçün 10 milyon dollar mükafat ayırdığını elan edib.

Beləliklə, Edvardın işçilərinin hərəsinə orta hesabla 50 min dollar mükafat düşüb.

Bundan əlavə, işçilər bonus və əməkhaqqı ilə birgə bir əməkhaqqı həcmində ənənəvi illik mükafat da alıblar.

Məlumata görə, tikinti şirkətinin əməkdaşları pul olan qırmızı rəngli zərfi açanda sevinclərindən ağlayıblar və qışqırıblar.

Sent-Cons deyib ki, bu şəkildə işçilərə əla işlərinə görə təşəkkür etməyi və sevincini onlarla bölüşməyi qərara alıb – şirkət ABŞ-da 20 milyon kvadrat metrdən çox ofis, pərakəndə satış və anbar sahəsi tikərək, nəhayət inkişaf məqsədinə nail olub.

# 2339
avatar

Oxşar yazılar