526
02:20
10 Dekabr 2019

Mövlud Cavuşoğlu: “Fransada mətbuata edilən təzyiqləri qətityətlə qınayırıq”

“Anadolu” xəbər agentliyinin müxbiri Mustafa Yalçın Fransadakı hadisələr zamanı

gözündən çox ağır zədə aldı. Hazırda əməliyyatdan sonra istirahət edir, amma hələ də sol gözünü itirmə riski var. Ümid edirik ki, nəticəsi yaxşı olar. Fransanın sadəcə, keçən həftə deyil, hər aksiyaya qarşı göstərdiyi şiddətli təzyiqləri qətiyyətlə qınayırıq”.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Cavuşoğlu dekabrın 8-də İstanbulda “Asiyanın Qəlbi İstanbul prosesi” adlı Asiya ölkələri nazirlərinin toplantısında çıxışı zamanı Fransada nümayişlərdə mətbuat nümayəndələrinin polisin təzyiqlərinə məruz qalmasına mövqe bildirərkən söyləyib.

O deyib ki, Fransanın bu addımları heç bir beynəlxalq hüququn tələbləri ilə uzlaşmır: “Biz Türkiyə olaraq, vandalizm nümayişlərini dəstəkləmirik. Amma Fransız polisinin göstərdiyi şiddəti də Avropanın ortaq dəyərlərinə zidd hesab edirik. Bu hadisə Türkiyədə baş versəydi, Avropa Birliyi qiyamət qoparardı. Bəlkə də haqlı olardı. Amma Fransada belə hal olsa da, heç

səs çıxmır. Avropalıların öz aralarındakı bu yanlış həmrəyliyi qəbul etmirik. Demokratiyanın, insan haqlarının beşiyi sayılan Avropa Şurasının 70 illik tədbirlərində mətbuat bölümünü Makron qapatdırdı. Bunu Makron edir deyə niyə göz yumulur? O səbəbdən Avropanın gedişatını biz nigarançılıqla təqib edirik”.